azərbaycanca | English

Xidmətlər
Son xəbərlər
21.01.2017
İki məşhur italyan şirkətindən Diavel motosikleti
daha ətraflı...
21.01.2017
Bu ev 250 milyona satılır - FOTOLAR
daha ətraflı...
19.01.2017
Makiyaj üçün “ağıllı” güzgü
daha ətraflı...
19.01.2017
Armani-dən sevgililər üçün şokolad dəsti
daha ətraflı...
Rayon istirahət mərkəzləri
Elan yerləşdirin
Adı: Relax   /   Yerləşdiyi rayon: Lənkəran

Lerik yolunun 33-cü km.
Tel.: (+994 50) 250-47-88; (+994 50) 250-84-64; (+994 50) 235-19-19; (+994 157) 56068 
Fax: (+994 0157) 5-60-68
Email: info@relax.com.az

Azərbaycanın ən gözəl guşələrindən biri olan Lerik rayou Talış dağlarının qoynunda yerləşir. Buranın gözəl təbiəti meşənin ətri duyulan dağ havası, bulaqlar, çaylar, münbit torpaq bu diyarın sakinlərinin uzun ömürlü olmasını şərtləndirir. Lerikə gələnlər Lənkəran-Lerik yolu boyunca yerləşən çoxsaylı istirahət zonalarında qala bilərlər. Onların ən öndə gedənlərdən biri "Relax" istirahət mərkəzi demək olar, ”Relax” Azerbaycanın gözəl guşələrindən biri olan Lənkəran-Lerik rayonun 33cu km-de yerləşir. Burada sizin dincəlməyiniz, yadda qalan xosş vaxt keçirməyiniz üçün hər bir şərait yaradılmışdır. Burada təbiətin özü insanın dincəlməsi, səsdən-küydən kənar olması, əsəblərin sakitləşdirməsi, sağlamlığını bərpa etməsi üçün bütün şərait yaradılmışdır. Kottec tipli evlər və standart otel otaqlarında yumşaq mebellər, isti-soyuq su, kabel televiziyası, telefon və kabelsiz internet xidmətlərindən yararlanmaq olar. Mərkəzdə Şərq üslubunda qurulmuş külafirəngilər, milli və Avropa mətbəxli 350 nəfərlik yay və qış restoranları, restoran-bar, diskoteka, boulinq, uşaq əyləncə meydançası, billyard, tennis futbol volleybol meydancası tennis kortu çayda üzmək üçün qayıqlar buraya gələnlərin istifadəsindədir. Burada xidmət işləri dünya standartları səviyyəsində qurulmuşdur burada ABŞ, İngiltərə, Almaniya, Hollandiya, İran, Rusiya, Türkiyə və digər ölkələrdən gələn turistlərin olduğunu bildirir. Azərbaycana şöhrət gətirən bu istirahət və turizm mərkəzində verilən xörəklər də keyfiyyəti ilə seçilir. İstirahət və turizm mərkəzinin "Iveco" markalı xüsusi avtobusu var. Dincələn qonaqlar, turistlər bu nəqliyyat vasitəsilə qonşu Lənkəran, Astara, Masallı rayonlarına gedərək cənub bölgəsinin qədim tarixi, adət-ənənələri ilə tanış olurlar. "Relax" respublikamızda turizmin inkişafını aydın şəkildə əks etdirən bir obyektdir. Burada olmaq, dincəlmək, istirahət etmək insanda xoş təəssüratlar yaradır.

Baxışların sayı: 8645