azərbaycanca | English

Xidmətlər
Son xəbərlər
21.01.2017
İki məşhur italyan şirkətindən Diavel motosikleti
daha ətraflı...
21.01.2017
Bu ev 250 milyona satılır - FOTOLAR
daha ətraflı...
19.01.2017
Makiyaj üçün “ağıllı” güzgü
daha ətraflı...
19.01.2017
Armani-dən sevgililər üçün şokolad dəsti
daha ətraflı...
Rayon istirahət mərkəzləri
Elan yerləşdirin
Adı: Vilesh Palace Hotel   /   Yerləşdiyi rayon: Masallı   /   Qiyməti: 60 AZN

Masallı

Mob: (+99455) 233 12 00

YERLƏŞMƏ: 

“Viləş” oteli  Masallı rayonunun dağlıq ərazisində , meşələrlə əhatə olunmuş istirahət zonasında Qəriblər kəndində yerləşir. Otelimiz İstisu müalicəvi qaynağına yaxın, Viləş çayının sahilindədir. Viləş otelini Masallıdaki digər istirahət mərkəzlərindən fərqləndirən cəhətləri geniş ərazidə yerləşməsi, 3 mərtəbəli əsas korpusundan başqa hər cür avadanlıqla təhciz olunmuş 10 koteci, zəngin və ləziz menyusu olan  2 restoranin olmasıdır.

4 il ərzində müştərilər üçün fəaliyyət göstərərək istirahətinizi maksimal dərəcədə komfortlu etməyə çalışmışıq. Mehmanxanamızın qapıları turist kimi dincəlməyə gələnlərlə yanaşı iş səfərlərinə gələnlər üçün də açıqdır. Hal-hazırda Viləş otel öz qonaqlarına yuxarı sinfin bütün tələblərinə cavab verən yüksək səviyyəli xidmət və ləzzətli mətbəx təqdim edir. Qonaqların ixtiyarına müasir üslubda gözəl təchiz edilmiş nömrələr verilir. Otelin bütün nömrələri simsiz internet, peyk televiziyası, soyuducu ilə təmin edilib. İxtiyarınıza ləzzətli milli mətbəx, uşaq əyləncə parkı, açıq hovuz, ekzotik quşlar və rahat park etmə xidməti verilir.

OTAQLAR:

“Viləş” Hoteli  35 standart 9 lüks otağı və 10 lüks kotec ilə il boyu xidmətinizdədir. İstisu müalicəvi qaynağa çox yaxın yerləşən hotelimiz həm keyfiyyətli xidməti ilə, müasir üslubda dizayn edilmiş otaqları ilə həm də füsunkar təbiəti ilə size valeh edəcək.  Yüksək səviyyəli personal və cənub günəşinin istiliyini sizin istirahətinizi ilin hər bir zamanda unudulmaz, dolğun, maraqlı və ekzotik edəcək .

 

  •        İndividual isitmə - soyutma sistemi (Individual climate control)
  •        Seyf
  •        Fen
  •        Mini Bar
  •        LCD ekran  TV
  •        Xalat & tərlik
  •        Birbaşa çıxışı olan telefon xətti
  •        Qapılarda kart kilid sistemi vardır.
  •         Pulsuz WI-FI xidməti
  •         24 saat “reception” xidməti
  •         24 saat “room service”
  •         24 saat təhlükəsizlik xidməti
  •         Avtodayanacaq
  •         Bələdçi xidməti
  •        14 və 21 nəfərlik mikroavtobuslarla transfer xidməti

 Bütün qonaqlarımız yüksək sürətli internetdən ödənişsiz istifadə edə biləcəklər  və otaq  qiymətinə daxil olan səhər yeməyindən həzz alacaqlar. Qonaqlarımızın istəyinə uyğun olaraq siqaret çəkilən və siqaret çəkilməyən otaqlar təklif edə bilərik.

Otaq növü

Qış qiymətləri (01.10-01.05)

Yay qiymətləri (01.05-01.10)

Standart 2 nəfərlik

50 AZN

60 AZN

Standart 3 nəfərlik

70 AZN

90 AZN

Luks 2 nəfərlik

70 AZN

80 AZN

Luks 3 nəfərlik

90 AZN

100 AZN

Коtec 6 nəfərlik

150 AZN

180 AZN

 

RESTORAN SANİRAS :

 Restoranımızda gözəl nahar edə, dostları və iş ortaqlarınızı axşam yeməyinə dəvət edə və ya açıq havada 250 nəfərlik banket keçirə bilərsiniz. Hər səhər restoran qonaqları oteldə qalmaq haqqına daxil olan səhər yeməyinə dəvət edir. Səhər yeməyi geniş yemək zalında verilir. Nahar və axşam yeməyində Azərbaycan mətbəxinin müxtəlif yeməkləri sizi laqeyd qalmağa qoymayacaq.

 KONFRANS  ZAL :

Viləş Hotel sizin şirkətinizin  korporativ görüşləri və seminarları üçün 15 nəfərdən – 600  nəfərədək  hər cür lazımi şəraiti yaratmışdır. Tədbir zamanı LCD projector və projector lövhəsi ilə, həmçinin konfrans üçüm lazım olan dəftərxana ləvazimatı (qələm, karandaş, qeyd dəftəri və s.) ilə tam təchiz olunmuşdur.   

 Viləş Hotel Masallı rayonunda  iş və ya istirahət üçün səfər edən qonaqlara iki müxtəlif hissi yaşadan luks bir oteldir; milli adət-ənənəli Azərbaycan və əsrarəngiz Avropa..

Baxışların sayı: 15870