azərbaycanca | English

Xidmətlər
Son xəbərlər
24.02.2017
Yaponiyada turistləri “Ninza”lar qarşılayacaq
daha ətraflı...
24.02.2017
Unudulmuş şəhər – TKVARÇELİ
daha ətraflı...
24.02.2017
NASA həyat üçün yararlı 3 planet kəşf edib
daha ətraflı...
24.02.2017
Fendi Romada kafe açıb
daha ətraflı...
Xəbərlər
10.01.2017
Dünyanın ən təhlükəsiz - AVİAŞİRKƏTLƏRİ MƏLUM OLDU

Almaniyanın qiymətləndirmə mərkəzi olan “Jet Airliner Crash Data Evaluation Center” şirkəti dünyanın ən təhlükəsiz aviaşirkətinin adını açıqlayıb. Seyyah.az şirkətin rəsmi saytına istinadən  xəbər verir ki, 2016-cı ilin ən təhlükəsiz aviaşirkəti adını  Honkonqun “Cathay Pacific” şirkəti qazanıb.

Sıralamanın ikinci pilləsində isə Yeni Zelandiyaya məxsus  “Air New Zealand” aviaşirkəti qərarlaşıb. Üçlüyü isə Çinin  “Hainan Airlines” şirkəti tamamlayır.

Siyahıda növbəti pillələrdə ardıcıl olaraq Qətərin “Qatar Airways”, Niderlandın “KLM”, Tayvanın “EVA Air”, BƏƏ-nin “Emirates” “Etihad Airways” şirkətləri qərarlaşıb.

 

Ümumilikdə siyahıda 60 şirkətin adı yer alıb.

Baxışların sayı: 66