Hubertus otelinin əsası 1960-cı ildə Qasser ailəsi tərəfindən qoyulub və o zamandan bəri dəfələrlə təmir edilib. Ancaq otelə memarlıq və dizayn nöqteyi-nəzərdən qeyri-adiliyi *noa italyan studiyasının memarları bəxş ediblər. Nəticədə İtaliyanın Valdaora şəhərciyində yerləşən otel 16 lyuks klass nömrə, yeni mətbəx, restoranlar, şərab ehtiyatı, trenajor zalı, panoram terraslı istirahət otağı və hovuzdan ibarət yeni qanad əldə edib.

Otelin əsas özəlliyi onun yerdən 12 metr hündürlükdə yerəşən 25 m-lik hovuzudur. Hovuz binanın iki əsas "qanadı" arasında yerləşir. Memarların düşüncəsinə görə, bu, köhnədən yeniyə keçidi simvolizə edir. Həcmli antrasitlə örtülmüş hovuz yerdən sanki dağ zirvələri ilə qarışan böyük daş parçası kimi görünür.