azərbaycanca | English

Xidmətlər
Son xəbərlər
24.02.2017
Yaponiyada turistləri “Ninza”lar qarşılayacaq
daha ətraflı...
24.02.2017
Unudulmuş şəhər – TKVARÇELİ
daha ətraflı...
24.02.2017
NASA həyat üçün yararlı 3 planet kəşf edib
daha ətraflı...
24.02.2017
Fendi Romada kafe açıb
daha ətraflı...
Xəbərlər
07.01.2017
“Vağzal” müasirləşdi – FOTO

Bakı sərnişin stansiyasında yenidənqurma işləri bitmək üzrədir. Nəzərə alsaq ki, vağzallar şəhərlərin, xüsusilə də paytaxtların, giriş qapısı sayılır, çünki qonaqlar ilk növbədə təəssuratlarını məhz ordan alırlar. Bu ilk təəssurat da çox vacibdir: səyahətə əhval-ruhiyyə verir, xüsusi atmosfer yaradır. Buna görə də Dəmiryol Vağzalının müasirləşdirilməsi şərt idi. Və 2015-ci ilin mart ayında əsaslı təmir işlərinə start verilib.

Xatırladaq ki, XIX əsrin memarlıq abidələrindən olan  Bakı sərnişin vağzalı mavritaniya üsubu ilə seçilir və bu üslub paytaxt sakinlərinin böyük rəğbətilə qorunub saxlanılıb.

Bilet kassaları, sərnişin platformaları əsaslı təmir olunub, yeni eskalatorlar quraşdırılıb. 1 ədəd yük, 2 ədəd sərnişin və 1 ədəd əlillər üçün panoram-lift hazırlanıb.

Vağzalın ərazisində artıq bir neçə brend mağazalar fəaliyyətə başlayıblar.

Onu da qeyd edək ki, vağzal binasının  ikinci mərtəbəsində ASAN kommunal fəaliyyət göstərəcək. Sərnişinlər pulsuz Wi-Fİ-dan  istifadə edəcəklər. Bundan əlavə, mehmanxana da yenidən turistləri qəbul edəcək. Lakin onun ulduzu olmayacaq, qonaq evi kimi fəaliyyət göstərəcək.

 

Sizə yenilənmiş vağzalın fotolarını təqdim edirik.

Baxışların sayı: 37