azərbaycanca | English

Xidmətlər
Son xəbərlər
24.02.2017
Yaponiyada turistləri “Ninza”lar qarşılayacaq
daha ətraflı...
24.02.2017
Unudulmuş şəhər – TKVARÇELİ
daha ətraflı...
24.02.2017
NASA həyat üçün yararlı 3 planet kəşf edib
daha ətraflı...
24.02.2017
Fendi Romada kafe açıb
daha ətraflı...
Xəbərlər
07.01.2017
"Reina" faciəsinin təkrarlanmaması üçün nə etməli? - Obyektlər necə qorunmalıdır?

stanbuldakı "Reina" gecə klubunda bas vermiş terror aktı özəl obyektlərdə mühafizə məsələsini yenidən gündəmə gətirib. Bir sıra ekspertlər iddia edirlər ki, "Reina"da mühafizə daha keyfiyyətli təşkil edilsəydi, faciənin qarşısını almaq olardı və ya tələfat bu qədər çox olmazdı. Onların qənaətincə, bu cür böyük obyektdə mühafizənin qeyri-peşəkar təşkili yolverilməzdir və bu səbəbdən baş verən faciəyə görə klubun rəhbərliyi də məsul tutulmalıdır.

Hələ keçən ilin yayında ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubunda baş verən silahlı insident obyekt sahibləri üçün bir siqnal olmalı idi. Xatırladaq ki, həmin faciə nəticəsində 50-dən çox insan həyatını itirib. İyul ayında Almaniyanın Münhen şəhərində ticarət mərkəzinə edilən silahlı hücum nəticəsində 15 nəfərin öldürülməsi də sahibkarların təbdirli olmaları üçün ciddi hadisə idi. 

Bunlar onu göstərir ki, terror törədəcək səxslər insanların daha çox, sıx cəmləşdiyi məkanları seçirlər.

Bu cür faciələrdən qaçmaq üçün obyektlərin mühafizəsi necə təşkil edilməlidir?

Sualı cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Mili.Az-a deyir ki, konsert zalları, əyləncə mərkəzləri və gecə klubları insanların çox cəmləşdiyi məkanlar olduğundan belə obyektlərin mühafizəsi xüsusi olaraq təşkil edilməlidir. Burada həm polis nəfəri, həm obyektin özəl mühafizəçisi, həm də əlavə olaraq dəvət edilmiş mühafizəçilər tərəfindən təhlükəsizlik təşkil edilir. Gecə klublarında, əsasən, "face control" (insanları simalarından tanımaq üçün tətbiq edilən sistem) sistemi olur: "Yoxlama və düzgün nəzarət sistemi tətbiq edilərsə, baş verə biləcək hadisənin qabağını almaq, yaxud miqyasını azaltmaq olar".

Onun sözlərinə görə, bayram günləri, xüsusi günlər və yaxud əlavə proqramlar olanda obyektdə gücləndirilmiş iş rejimi tətbiq edilir. Girişdə həm polis əməkdaşları, həm də mühafizəçilər tərəfindən içəri daxil olan şəxslər yoxlanılıb buraxılır. Girişdə quraşdırılmış nəzarət - müşahidə kameraları vasitəsilə "operator otağında" nəzarət edən operatorlar girişə nəzarət edir. Hər hansı şübhəli hərəkət, əşya, yaxud adam görərsə, dərhal adiyyəti üzrə məruzə edir və hadisə ilə bağlı tədbir görür. Həmin operatorlarda həm polis, həm fövqəladə vəziyyət üçün çağrı qurupu (FHN), həm təcili tibbi yardımın "qaynar xətt" nömrələri olur.

Ekspert hesab edir ki, hadisədən dərhal sonra atılan addımlar da faciənin miqyasının böyüməməsi baxımından çox önəmlidir: "Bu cür terror hadisləri zamanı faciənin miqyasını hadisədən sonra düzgün evakuasiya, yaralananları çıxarmaq, onlara kömək etmək, gələn təcili tibb işçilərini düzgün yönləndirmək və.s. təşkil etmək böyük rol oynayır". 

E.Nurəliyev böyük klublarda avadanlıqların keyfiyyətinin də təhlükəsizlik baxımından müəyyən rola malik olduğunu söyləyir: "Məsələn, ABŞ-da kazinoların, mərc oyunlarının təşkil edildiyi gecə klublarında stollar güllə keçirməz dəmirlərdən hazırlanıb ki, hər hansı silahlı hücum zamanı xəsarət, ölum-itim halları az olsun".

Azərbaycanda gecə klublarında (təbii ki, böyuk yerlər, 100-lərlə adam tutan yerlər) bayramlarda, yaxud özəl proqramlar olanda həm DİN-nin mühafizə polisi, həm də qeyri-dövlət, özəl mühafizə xidməti tərəfindən təhlükəsizliyin təmin edildiyini deyən ekspert nisbətən kiçik obyektlərdə mühafizənin zəif olduğunu bildirir: "Böyük klublarda girişdə içəri daxil olmaq istəyən şəxslər yoxlanılır, daha sonra buraxılır. Lakin balaca məkanların, demək olar ki, çoxunda bunlar tətbiq edilmir. İçəri girən şəxs heç bir yoxlamadan keçmədən kluba daxil ola bilər".

E.Nurəliyev hesab edir ki, mühafizə işi ilə bağlı insanlar arasında maarifləndirmənin aparılmasına da ehtiyac var: "İnsanlar onları yoxlayan nəzarətçiyə qarşı aqressiv münasibət bəsləyirlər. Özlərini təhqir edilmiş, alçaldılmıs kimi hiss edirlər, mühafizənin təşkili zamanı bəzi şəxslər adamı özündən çıxaran hərəklər edirlər və iradəsi zəif olan mühafizəçi bunun təsiri altina düşür, xidməti düzgün qura bilmir. Ona görə hamı bilməlidir ki, mühafizəçi sənin və yoldaşlarının təhlükəsizliyi ücün bunları edir". 

Baxışların sayı: 114