"Kodak Ektachrome" həm kino sənayesində, həm də sıravi fotoqraflar arasında sevilən "Kodachrome"dan sonra ikinci "kult" fotoplyonka olub. Şirkətin nümayəndələrinin sözlərinə görə, bu gün şəkil çəkməyin analoq üsulu kimi plyonkaya geniş maraq müşahidə edilir. Məhz bu fakt istehsalçını buraxılışı 2012-ci ildə dayandırılan fotoplyonkanı bazara qaytarmağa vadar edib.

Plyonka həm Super 8 kinoformatında, həm də ənənəvi 35 mm-lik formatda istehsal olunacaq. Bu isə sıravi foto həvəskarlarına bundan istifadə etmək imkanı verəcək. O, satışa 2017-ci ilin dördüncü rübündə çıxarılacaq.