azərbaycanca | English

Xidmətlər
Son xəbərlər
24.02.2017
Yaponiyada turistləri “Ninza”lar qarşılayacaq
daha ətraflı...
24.02.2017
Unudulmuş şəhər – TKVARÇELİ
daha ətraflı...
24.02.2017
NASA həyat üçün yararlı 3 planet kəşf edib
daha ətraflı...
24.02.2017
Fendi Romada kafe açıb
daha ətraflı...
Xəbərlər
06.01.2017
Qışda yayı arzulayanlar üçün - 5 TƏTİL FÜRSƏTİ

Qışı sevmirəm, 4 mövsümün hamısı yay olsun, deyirsən? Ya da, bu il yayın haqqını ürəyincə vermədiyini düşünürsən? Üzülmə 

 

Şimal yarımkürəsi qışı yaşadığı bu zamanlarda Cənub yarımkürəsini günəş qızdırır. O zaman bu yeni ildə fərqli tətil keçirmək öz əlindədir.

Seyşel, Seyşel Adaları Respublikası

Bura ən güvənli ada kimi tanınır. Dünyanın çox az yerində görə biləcəyin təbiətə sahib Seyşelin gözəlliyini sözlərlə ifadə etmək mümkün deyil. Hind okeanı üzərində yerləşən 115 adadan ibarət bir ölkədir. Ekvatora yaxın olduğu üçün burada  il ərzində havanın temperaturu yüksək olur.  Hətta qış aylarında da rahat-rahat dənizə girə bilərsən. Son zamanlar yeni evlənən cütlüklər də bal ayı üçün Seyşelə üz tuturlar. Firuzəyi çalarlı dəniz rəngini xoşlayırsan və romantik tətil keçirmək istəyirsənsə, bu möhtəşəm mənzərəli yerə getməlisən.

 

Cape Town, Cənubi Afrika

Həm dənizə girmək, həm də mədəniyyət anlamında zəngin səyahət istəyirsənsə, Cənubi Afrikanın 3 paytaxtında biri olan Cape Towna yollan. Burada Table (Masa) dağını, Alfred və Victoria limanlarını, həmçinin Mandalenanın 27 il həbs edildiyi Robben adasını da gəzə bilərsən.

 

Samui Adası, Tayland

Taylandın cənubunda ən böyük turistik adalardan biridir. Adanın şərq sahilindəki Chaweng buranın papulyar çimərliyidir. Dekabrın ortalarında adada yağışlar azalır və gəzmək üçün ən ideal zamanlar başlayır.

 

Abu Dabi, Dubay

Lüks və ihtişamlı görkəmi ilə tanınan o məşhur Dubay.Biz burada yun köynəklərdə, paltolarda oturarkən, orada rahatlıqla dənizə girə bilərsən. Bundan savayı, alış-veriş düşkünüsən ya da, ucuz texnologiya avadanlıqları almaq istəyirsənsə Dubay və Abu Dabi bu baxımdan doğru seçimdir.

 

 

Rio-de-Janeyro, Braziliya

Qışı yaşadığımız bu aylarda çimərlikləri, rəngli həyatları ilə məşhur Rio yay fəslini yaşayır. Buranın ən populyar çimərliyi Lebnondur. Rioda dənizdən savayı gedə biləcəyin məkanlar da çoxdur. İsa heykəli, Şəkər təpəsi, Botanika bağı kimi yerləri də gəzib tətilini daha da əyləncəli edə bilərsən. Rioya yeni ildə olmasa da, fevralda da getmək olar. Məhz bu ayda keçirilən dünyaca məşhur Rio Karnavalını canlı-canlı izləmək əla olardı.

Baxışların sayı: 44